Vaxt.Az

AFFA-da fikir ayrılığı


 

Qurban Qurbanov, yoxsa italiyalı?

AFFA-da fikir ayrılığı Noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda Robert Prosineçkinin gedişindən sonra boş qalan Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.

Komanda.az-ın əldə etdiyi məlumata görə, artıq millimizin «sükanı arxasına» kimin keçəcəyi böyük ölçüdə məlumdur. Bu, «Qarabağ»la Çempionlar Liqasında tarix yazan Qurban Qurbanovdur. İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti məhz Qurbanovun namizədliyini dəstəkləyir. Bir neçə il əvvəl Qurbanov haqda «gəncdir, təcrübəsizdi» düşüncəsində olan AFFA prezidenti Rövnəq Abdullayevin də artıq fikrini dəyişdiyi, «Qarabağ»ın çalışdırıcısını millidə görmək istədiyi deyilir.

İstər yerli, istərsə də xarici mətbuatda Azərbaycan millisinin «sükanı arxasına» hansısa başqa mütəxəssisin keçəcəyi haqda xəbərlərin olmaması da AFFA-nın kənarda məşqçi axtarmadığını sübut edir. Məhz bütün bunlar da Qurban Qurbanovun Azərbaycan millisinin yeni baş məşqçisi olacağından xəbər verir.

Düzdü, bizdə olan məlumata görə, AFFA rəhbərliyində fikir ayrılığı var, bəzi rəsmilər milliyə əcnəbi - xüsusən də italyan mütəxəssisin gətirilməsinin tərəfdarıdır. Amma yenə də, hazırkı durumda Qurban Qurbanov yığmaya bir nömrəli namizəd sayılır və onunla artıq bu yöndə söhbət olduğu da dəqiqdir. Təkcə Qurbanov deyil, «Qarabağ» rəhbərliyinin də bu məsələdə fikri öyrənilib. Sabah və birisigün bu görüşlərin davam etdiriləcəyi, ortaq məxrəcə gəlinəcəyi gözlənilir.

Başqa bir iddiaya görə isə millinin sabiq kapitanı, «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqovun da yığmanın «sükanı arxasına» keçidi mümkündür. Bu məsələdə AFFA rəsmilərini tərəddüdə salan yeganə məqam Sadıqovun məşqçi kimi təcrübəsiz olmasıdır. Qarşıda isə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq tapşırığı var...

 





01.11.2017    çap et  çap et