Vaxt.Az

Neft büdcə qiymətindən 22,4 dollar yuxarıdır


 

İlin əvvəli müqayisədə «AzəriLayt» 6,43 dollar bahalaşıb

Neft büdcə qiymətindən 22,4 dollar yuxarıdır Azərbaycan neftinin qiyməti yenə artıb. Noyabrın 2-də «AzəriLayt» markalı neftin bir barreli 0,2 dollar bahalaşaraq 62,4 dollara qalxıb.

Nyu-York birjasında «Layt» markalı neftin bir barreli 54,24 dollara, London birjasında «Brent» markalı neftin bir barreli 60,50 dollara satılır.

Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. 2 noyabr qiyməti Azərbaycan neftinin il ərzində 6 dollar 43 sent bahalaşması deməkdir. Yanvarın əvvəlində «AzəriLayt» 55,97 dollara satılıb.

Fevral 56,79 dollarla, mart 56,68 dollarla, aprel 53,62 dollarla, may 53,04 dollarla, iyun 51,01 dollarla, iyul 48,57 dollarla, avqust 53,60 dollarla, sentyabr 54,55 dollarla, oktyabr 57,51 dollarla start götürüb.

 





02.11.2017    çap et  çap et