«Hazırda dəqiq olan odur ki, mən Moskvada həmsədrlərə görüşəcəyəm», deyə Məmmədyarov bildirib.
Elmar Məmmədyarov Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edib-etməyəcəyi barədə jurnalistlərin sualının cavabında deyib ki, layihəni idarə edəcək müştərək əməliyyat şirkəti yaradılır.
«Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir», nazir qeyd edib.
***
BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib. Ermənistanda bu hadisə pərtlik və narahatlıq yaradıb, eyni zamanda erməni siyasi dairələrində İrəvanın da bu layihəyə qoşula biləcəyi barədə fikirlər irəli sürülür.
Ermənistanın «168 jam» qəzeti bu məsələ ilə bağlı Gürcüstan Diplomatik Akademiyasının rektoru, politoloq Soso Tsinadzenin rəyini öyrənib. O deyib ki, nəzəri olaraq Ermənistanın Bakı-Tiflis-Qars layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından ayrıca danışıqlar predmeti ola bilər. «Siyasi xadimlər bu barədə düşünməli, Azərbaycana variantlar təklif etməlidir», - o deyib.
Tsinadze hesab edir ki, danışıqlar situasiyadan və Azərbaycanın mövqeyindən asılı olaraq həm ikitərəfli, həm çoxtərəfli ola bilər. Hansı ki, Azərbaycan artıq mövqeyini bildirib.