Vaxt.Az

«Biz onunla bu məsələni müzakirə edəcəyik»


 

Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi

«Biz onunla bu məsələni müzakirə edəcəyik» Dağlıq Qarabağ məsələsində biz gələcəkdə də Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcəyik. Virtualaz.org «Habertürk»ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Türkiyə prezidenti əmin edib ki, münaqişənin müvafiq həlli üçün səylərini əsirgəməyəcək.

«Biz hörmətli Putinlə görüşüb bu məsələnmi müzakirə edəcəyik. Çünki o bu məsələnin həlli ilə məşğul olarsa, nəticənin əldə edilməsi daha da asan olacaq», - Ərdoğan qeyd edib.

Türkiyəli lider Azərbaycanla imzalanmış sazişlərdən məmnunluğunu ifadə edib. Ərdoğan həmçinin qeyd edib ki, 2018-ci ildə tərəflər Qafqaz İslam Ordusunun yaradılmasının 100 illiyini birgə qeyd edəcəklər.

 





02.11.2017    çap et  çap et