Vaxt.Az

«Humanitar və iqtisadi əməkdaşlığı aktivləşdirəcək»


 

Putinin xüsusi nümayəndəsi Xəzərin hüquqi statusu haqda

«Humanitar və iqtisadi əməkdaşlığı aktivləşdirəcək» Xəzərin hüquqi statusuna dair müqavilə 2018-ci ilin əvvəllərində imzalana bilər. Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

«Düşünürəm ki, müqavilənin gələn ilin əvvəlində Astanada keçiriləcəyi gözlənilən sammitdə imzalanması mümkündür», - deyə xüsusi nümayəndə bildirib.

R. Abdulatipov xatırladıb ki, artıq 20 ildən çoxdur Xəzərin hüquqi statusundan danışılır, amma baza Konvensiyası hələ də imzalanmayıb.

Xüsusi nümayəndə onu da vurğulayıb ki, "əgər Xəzərin hüquqi statusu haqqında çoxdan gözlənilən Konvensiya imzalanacaqsa, bu, regionda həm humanitar, həm də iqtisadi əməkdaşlığı aktivləşdirəcək».

Qeyd edək ki, dünənki açıqlamasında Rusiya prezidenti Vladimir Putin də Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, İran və Azərbaycan arasında mövqelərin dəqiqləşdirilməsinin yaxın vaxtlarda yekunlaşa biləcəyini bildirib.

 





02.11.2017    çap et  çap et