Sportlife.az-ın əldə etdiyi məlumata görə, Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.
Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.
R. Abdullayev «Qarabağ»ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.
Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.