VAXT.AZ report-a istinadən xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
«İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram», - AFFA prezidenti vurğulayıb.
O qeyd edib ki, Qurban Qurbanov «Qarabağ» klubunun baş məşğçisi postunda və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: «İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun «Qarabağ» klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədi».
AFFA prezidentinin sözlərinə görə, Qurban Qurbanovla 6 illik müqavilə imzalanıb: «Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikli əhatə edən 6 illik müqavilə imzalamışıq».
Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: «Müqavilənin şərti Vətənə qulluq etməkdir».
Brifinq davam edir.