Vaxt.Az

«FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır»


 

Nazir-general: «Nazirlik yaradılandan təbii fəlakətlər zamanı insan itkisi olmayıb»

«FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır» «Təbii və texnogen fəlakətlər kimi qaçılmaz qlobal təhlükələrə qarşı effektiv mübarizə mümkündürsə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu sahədə bütün təşəbbüslərə qoşulmağa hazırdır».

Bunu fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov «Xəzər – 2017» beynəlxalq kompleks təlimi ilə bağlı keçirilmiş müşavirədə deyib.

«Bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11 il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Məhz bunların nəticəsində bu illər ərzində baş vermiş təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb. Düzdür, böyük sellər, zəlzələlər nəticəsində ölkədə dağılmış evlər, məhv olmuş ərazilər qeydə alınıb, amma bütün bu texnikaların sayəsində və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları hesabına insan tələfatı olmayıb», – deyə nazir qeyd edib.

 





03.11.2017    çap et  çap et