Vaxt.Az

Ermənilər yenə itkiləri gizlədir


 

İşğalçılar Ağdərədəki hərbi hissələrində partlayış baş verdiyini təsdiqlədi

Ermənilər yenə itkiləri gizlədir Dağlıq Qarabağdakı qondarma rejimin «müdafiə nazirliyi» bu gün noyabrın 4-də işğal altındakı Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində (Ağdərə rayonu) partlayışın baş verdiyini təsdiqləyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumata əsasən bu gün saat 12.10 radələrində şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində tank əleyhinə qumbara partlayıb. Nəticədə Qrant Manqasaryan adlı hərbçi (1997) ölüb, Gevork Xyusunuts və Sergey Alumyan adlı hərbçilər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır, onun üzərində əməliyyat aparılıb. İnsidentin hansı şəraitdə baş verdiyi göstərilmir.

Qeyd edək ki, Azərbaycan tərəfinin məlumatına görə Ağdərədəki hərbi hissələrdən birində sursat anbarı partlayıb, nəticədə tank mərmiləri depotasiya edib və 8-12 arasında erməni hərbçisi ölüb.

 

***

 

15:10

Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

 





05.11.2017    çap et  çap et