Nazir bu qərarı münaqişənin dinc yolla həll edilməsi üçün ictimai-siyasi kompromis üçün əlavə imkan yaratmaq, həmçinin Ukraynanın bütövlüyünü qorumaq məqsədilə atdığını bildirib.
Xatırladaq ki, Ukraynada avrointeqrasiya tərəfdarlarının ilk etiraz aksiyaları hələ ötən ilin noyabr ayından başlamışdı. Ölkədə vəziyyət yeni il ərəfəsində nisbətən sabitləşsə də, son bir həftədə yenidən mitinqlər başlayıb. Baş nazir N.Azarovun istefası paytaxt Kiyev və digər şəhərlərdə hökumət əleyhinə aksiyalar keçirən müxalifət tərəfdarlarının əsas tələblərindən biri idi.
Daha öncə ölkə prezidenti Viktor Yanukoviç «Batkivşina» hərakatının lideri Arsen Yatsenyuka baş nazir, «UDAR» partiyasının lideri Vitali Kliçkoya isə humanitar məsələlər üzrə baş nazirin müavini vəzifələrini təklif etmişdi. Lakin hər iki şəxs onlara təklif olunana postdan imtina etmişdi.