Vaxt.Az

İki böyük kapital birləşir?


 

Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

İki böyük kapital birləşir? Azərbaycanın iki bankı – «NIKOIL Bank» və «AccessBank» birləşmə barəsində danışıqlar aparırlar. Bu barədə «Trend»ə bank bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət «AccessBank»ın «NIKOIL Bank»ın tərkibinə keçməsindən gedir.

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. «AccessBank» 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, «KfW», «LFS Financial Systems» alman şirkəti və «AcessHolding»dir.

«NIKOIL Bank»ın səhmdarları sırasında yerli şirkətlər («TOPAZ Investments», «ISR Holding») və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-un rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.

 





05.11.2017    çap et  çap et