Vaxt.Az

Trampa qurşaqdan aşağı zərbə


 

«Twitter» əməkdaşı son iş günündə ABŞ prezidentinin hesabını «dayandırıb»

Trampa qurşaqdan aşağı zərbə Cümə axşamı günü ABŞ prezidentinin «Twitter»dəki şəxsi hesabı yoxa çıxıb. Şəbəkənin fəal istifadəçisi olan Donald Trampın hesabı 11 dəqiqə ərzində işləməyib. Lakin daha sonra o bərpa olunub, «Twitter» bildirir.

Sosial şəbəkə @realdonaldtrump hesabının şirkətdə son iş günündə olan əməkdaş tərəfindən dayandırıldığı bildirib.

Hesabın cəmi 11 dəqiqə ərzində qeyri-aktiv qalıb. Bundan sonra «Twitter» insidenti araşdırmağa başlayıb.

Şəbəkədə 41,7 milyon izləyicisi olan Donald Tramp hadisəni şərh etməyib.

Cümə axşamı günü Trampın «Twitter»dəki hesabına daxil olanlar «Üzr istəyirik, bu səhifə mövcud deyil!» elanına rast gəliblər.

Hadisədən sonra Donald Trampın paylaşdığı ilk «twit» vergilərin ixtisarı ilə bağlı respublikaçıların planları barədə olub.

Prezidentin rəsmi - @POTUS hesabı normal rejimdə işləyib.

«Twitter» gələcəkdə belə insidentlərə yol verməmək üçün tədbir görəcəyini bildirir.

«Araşdırma nəticəsində müəyyən olunub ki, bunu şirkətdə son iş gününə gələn texniki yardım xidmətinin əməkdaşı edib. Biz ətraflı daxili araşdırma aparırıq», - «Twitter»in rəsmi açıqlamasında deyilir.

Donald Tramp «Twitter» hesabını 2009-cu ildə açıb.

ABŞ prezidenti şəbəkəni siyasi bəyanatlar üçün istifadə edir.

 





05.11.2017    çap et  çap et