Vaxt.Az

««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə»


 

Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»

««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə» Topaz Premyer Liqasının 11-ci turunda evdə «Səbail»ə 3:1 hesabıyla qalib gələn «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:


- Əsas o idi ki, qələbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.


- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?

- Bunun birinci dəfə şahidi olurduz? (gülür).


- «Qarabağ»la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. «Qarabağ»la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.


- Rəqibin baş məşqçisi dedi ki, «Qəbələ»dən daha güclü oyun gözləyirdi...

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.


- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımız yoxdur, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.


- Qarşıda «Neftçi» ilə oyununuz var. Ardıcıl dörd oyunda qalib gəliblər...

- «Neftçi» ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə qərarlaşdığını bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.

 





06.11.2017    çap et  çap et