Vaxt.Az

«Barmaq silkələməmişəm»


 

Ayxan Abbasov: «Orada ofsayd yox idi»

«Barmaq silkələməmişəm» Topaz Premyer Liqasının 11-ci turunda evdə «Neftçi»yə qalib gələn (1:0) «Zirə»nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. A.Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Gərgin oyun oldu. Belə də gözləyirdik. «Neftçi» son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm.


- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkələməklə etiraz etdiniz...

- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orada ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.


- Deməli, hakimlikdən razı qaldınız?

- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdur.

 

- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiniz. Bu, sizin tapşırığınız idi?

- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. «Neftçi»nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.

 





06.11.2017    çap et  çap et