Vaxt.Az

Obamanın otağında Azərbaycan xalçası


 

ABŞ prezidentinin iş otağının fotoları yayıldı

Obamanın otağında Azərbaycan xalçası ABŞ prezidenti Barak Obamanın Ağ Evdəki xalçasının Azərbaycan xalçası olduğu iddia olunur. «Qafqazinfo»nun məlumatına görə, artıq sosial şəbəkələrdə yayılan bu şəkil geniş müzakirələrə səbəb olub.Araşdırmamız nəticəsində məlum olub ki, bu foto 2011-ci il dekabrın 4-də keçirilən 34-cü Kennedi mekafatlandırma mərasimində çəkilib. Fotoda Barak Obama Ağ Evin Mavi otağında amerikan aktrisa Meryl Streeplə görüşür və xanımı Mişel Obama da kənardan onları izləyir.
Lakin bu fotoda ən maraqlı məqam isə otaqdakı Azərbaycana məxsus olduğu iddia olunan xalçadır.
 





03.01.2013    çap et  çap et