Vaxt.Az

TIR sürücülərinin növbəti tətili


 

Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq

TIR sürücülərinin növbəti tətili Rusiya yükdaşıyanlar birliyi dekabrın 15-də «Platon» sisteminə etiraz olaraq TIR sürücülərinin yeni ümumrusiya tətilini başlatmağa hazırlaşır.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aksiyaya səbəb «Platon» sistemi üzrə TIR sürücülərindən tutulan vergilərin növbəti dəfə artırılmasıdır. Bu sistemə əsasən Rusiyanın federal əhəmiyyətli yollarında hərəkət edən TIR-lardan daşıdıqları yükün ağırlığına və məsafəyə görə haqq alınır. Ötən ilin sonlarında bu sistemə etiraz olaraq kütləvi tətillər keçilmişdi. Dağıstanda isə sürücü tətili daha geniş miqyas almışdı və nəticədə Azərbaycanla Rusiya arasında yükdaşımalar həftələrlə faktiki olaraq dayanmışdı.

Bu ilki aksiyalar Rusiyada prezident seçkiləri kampaniyasının başlanması ilə eyni günə təsadüf edəcək. Dağıstan TIR sürücüləri də bu aksiyada iştirak etməyə hazırlaşır. Bunu Birliyin Dağıstan şöbəsinin koordinatoru Kamaldin Maqomedov bildirib. Onun sözlərinə görə, hələlik aksiyada neçə sürücünün iştirak edəcəyi müəyyən olunmayıb. Bu qərar dekabrın 15-də keçiriləcək yığıncaqda veriləcək.

Əgər tətil kütləvi olsa Azərbaycanla Rusiya arasında yükdaşımalarda yenə problem yaranacağı qaçılmazdır.

 





06.11.2017    çap et  çap et