Azərbaycan şahmatçıları VIII turda turnir cədvəlinin birinci pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.
Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyaşnını 1:0 hesabı ilə məğlub edib. Şəhriyar qara, Rəcəbov isə ağ fiqurlarla oynayıb.
Üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakovla münasibətlərinə aydınlıq gətirib. Görüş şahmatçımızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə Azərbaycan sonuncu – dördüncü lövhədə Rauf Məmmədov və Danil Dubovun görüşünün nəticəsindən asılı olmayaraq Rusiya yığmasını məğlub edib və xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib.
Rusiya isə 11 xal ilə ikinci pilləyə düşüb.