Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən ötən həftə sonu keçirilən əməliyyatda sərhədçilər brokonyerlərdən 179 nərə balığı götürüblər. Balıqlardan sağ olanlar dənizə atılıb, ölmüş balıqlar müsadirə olunub. Habelə ümumi uzunluğu 28 kilometrə yaxın olan tor dənizdən çıxarılıb. 5 Qazaxıstan, 4 Azərbaycan vətəndaşı tutulub, onlara aid 3 motorlu qayıq müsadirə edilib.
Məlumatda bildirilir ki, Xəzərin Qazaxıstan sektorunda brokonyerlərə qarşı əməliyyatların ikinci fazazsı davam edir.
Xəzərin Qazaxıstan sektorunda vaxtaşırı olaraq Azərbaycandan olan nərə ovçuları tutulur.