«Bakını Məkkə, Sumqayıtı isə Mədinə adlandırmaq dini baxımdan böyük günahdır». Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.
Şeyx Azərbaycanda oturaraq belə «fətva»
verildiyini deyib. «Çünki Mədənə, Məkkə şəhərlərinin İslam dinində özünəməxsus
yeri var. Bu da dini savadsızlıqdan irəli gəlir. Mir Şahinin «Hesabat»
verilişinə baxdım. Orda çox gözəl məqamlar işıqlandırılıb, gözəl fikirlər
səsləndirilib. Əhalini dini baxımdan maarifləndirmək lazımdır. Başqa
televiziyalarda bu istiqamətdə addımlar atsa yaxşı olar».
QMİ sədri məscid axundlarına səslənərək onlardan idarə tərəfindən verilən moizə kitabından istifadə etmələrini istəyib: «Axundlar həmin kitabdan istifadə etməlidirlər. Belə olmadığı halda müxtəlif problemlər üzə çıxır. Ona görə də axundlar həmin vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin».
çap et