Bakı vaxtı ilə saat 21:15-də «Brent» neftinin qiyməti 63,82 dollar olub. Neft bu gün 2,8 faiz bahalaşıb. Ümumiyyətlə həbslərdən sonra neftin qiyməti 4,5 faiz ətrafında artıb.
Ölkənin qabaqcıl iş adamlarından, dünyanın ən varlı insanları arasında yer alan Şahzadə Əl Vəlid bin Talal da həbs olunanlar arasında yer alır. Şahzadənin dünyanın bir neçə iri şirkətində və bankında investisiyaları var. Əl Vəlid bin Talal OPEC-in hasilatın azaldılması müqaviləsinə qarşı çıxırdı. Həbslərdən sonra, hasilatın azaldılması müqaviləsinin tərəfdarı olan varis şahzadə Məhəmməd bin Salman qarşısındakı daha bir maneə götürülüb. Bu səbəbdən neft qiymətləri yüksəlir.