«Neft Daşları» Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yatağında daha bir quyu qazmadan sonra istismara verilib. ANS PRESS-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən verdiyi məlumata görə, «Neft Daşları» NQÇİ-nin yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılmış quyu 3030-3016 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu «Neft Daşları» NQÇİ-nin sifarişi ilə qazılıb.
çap et