Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının seçmə mərhələsinin 7-ci qrupunda noyabrın 10-da keçiriləcək Avstriya – Serbiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.