Vaxt.Az

Əcnəbi tələbə 3370 nəfərə çatıb


 

Azərbaycanda təhsil alan xaricilərin sayı artır

Əcnəbi tələbə 3370 nəfərə çatıb Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində xarici ölkələrin 3370 vətəndaşı təhsil alır. Onların 748-i MDB ölkələrinin, 2622-si isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Gürcüstan, Türkiyə, İran, Çin Xalq Respublikası və İraq vətəndaşları üstünlük təşkil edirlər.

Bu məlumat Dövlət Statistika Komitəsinin «Azərbaycanda təhsil, elm və mədəniyyət» adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2000/2001-ci tədris ilində 1870 əcnəbi tələbə təhsil alıb.

Rəsmi nəşrin 2016/2017-ci tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2197 nəfər təşkil edib. Onların 267-si MDB ölkələrində, 1930-u isə digər ölkələrdə təhsil alır.

 





08.11.2017    çap et  çap et