«Ölkə daxilində və ya xarici ölkədə əlinə
silah alan, silahlanaraq vuruşan hər bir kəs qanun qarşısında cavab verməlidir.
Biz bu məsələni dövlət qarşısında qaldıracağıq və ümid edirik ki, dövlətimiz bu
işdə bizimlə razılaşacaq. Biz QMİ olaraq Xarici İşlər Nazirliyinə müraciət
ünvanlayacağıq. Bu müraciətimizdə xaricdə cihad adı ilə vuruşan Azərbaycan
vətəndaşları barədə məlumatlar verilməsini istəyəcəyik.
Biz bu gün elan
etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq XİN-ə göndərəcəyik. Çünki bilirik
ki, dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır».
Allahşükür Paşazadə radikal təriqətlərin azərbaycanlı gənclərin Suriyaya və
digər ölkələrə cihad adı ilə göndərilməsinə qarşı mübarizə aparmaq üçün xüsusi
bir qurumun yaradılmasının labüdlüyünü bildirdi: «Bu məsələlərə rəhbərlik edən
bir qurum yaradılmalıdır və bu qurum rayonlarda, bölgələrdə maarifləndirmə işi
ilə məşğul olmalıdır».