Vaxt.Az
Allahşükür Paşazadəni hədələdirlər
Şeyxi vəhhabilərdən pul almaqda ittiham edirlər
Özünü «Fətullah Gülən sevdalıları» adlandıran qrupun elektron poçt ünvanından KİV-lərə, göndərilən məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib. Buna səbəb isə şeyxülislam hacı Allahşükür Paşazadənin bu gün QMİ-nin Qazılar Şurasının iclasında bəzi təriqətlərin, o cümlədən nurçuların ünvanına səsləndirdiyi sərt fikirlərdir.
Özünü «Fətullah Gülən sevdalıları»
adlandıran qrup bəyan edib ki, A.Paşazədənin nurçuların adını vəhhabilərlə
bərabər çəkməsi onları qəzəbləndirib. «Fətullah Gülən sevdalıları» A.Paşazadəni
xarici ölkələrdən, xüsusən də vəhhabilərdən Azərbaycanda məscid tikintisi üçün
maliyyə almaqda günahlandırıblar.
28.01.2014 çap et