Keçirilmiş təlimdən sonra qoyunlar təqdim olunan müxtəlif şəkillərdən onlara tanış olanları seçməyə üstünlük verib.
Bu isə, alimlərə görə, qoyunların da, primatlar kimi, sifətləri tanımaq qabiliyyətinə malik olduğunu sübut edir.
Bundan əvvəlki təcrübədə qoyunların onlara tanış olan digər qoyunları və eləcə də onlara qulluq edən işçiləri üzdən tanıya bildikləri aşkar edilmişdi.
Təcrübələr 8 qoyun üzərində keçirilib.
Onlara bir neçə şəkildən tanış olan sifəti seçmək imkanı verilib.
Fotolar qoyunlara iki kompüter ekranında nümayiş etdirilib.
Düz seçim etdiyi təqdirdə, qoyun yemlə mükafatlandırılıb.
Təcrübə zamanı qoyunlara şəkillər müxtəlif bucaqdan da göstərilib, buna baxmayaraq, qoyunlar hər dəfə düzgün seçim ediblər.
Tədqiqatçılar indi qarşılarına yeni bir məqsəd qoyub - onlar, qoyunun, insanın sifətindəki ifadələri fərqləndirməyə qadir olub-olmadığını aydınlaşdırmağa çalışacaqlar.
Alimlər ümid edir ki, keçirilən tədqiqatların nəticələri Parkinson xəstəliyi və Hantinqton xəstəliyi kimi sinir tənəzzülü xəstəliklərini daha yaxşı anlamağa imkan yarada bilər.
Tədqiqatın nəticələri London Kral Cəmiyyətinin «Open Science» elmi dərgisində dərc olunub.