Vaxt.Az

Artıq içiləndə dərd verir su da …


 

Alimlərdən xəbərdarlıq edir: «Zəhərlənmə, hətta komaya düşmə təhlükəsi yaranır»

Artıq içiləndə dərd verir su da … İnsan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır. Avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir.

Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.

Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.
 





09.11.2017    çap et  çap et