Vaxt.Az

Daha 201 nəfər saxlanılıb


 

Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər

Daha 201 nəfər saxlanılıb Səudiyyə Ərəbistanının baş prokuroru əl-Mucib Səud korrupsiya işlərinin araşdırılması çərçivəsində 208 nəfərin tutulduğunu, sonradan onlardan 7-sinin azadlığa buraxıldığını bildirib.

Bununla belə, baş prokuror istintaq sirrinə istinad edərək bu mərhələdə saxlanılanlarla bağlı şəxsi məlumatları açıqlamaqdan imtina edib.

Xatırladaq ki, bazar günü Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Korrupsiya ilə mübarizə üzrə Ali Komitə təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və sahibkarlar var.

 





09.11.2017    çap et  çap et