Vaxt.Az

«Səhvlər çoxdur»


 

Samir Ələkbərov: «Paltardəyişmə otağı xəstəxanaya çevrilib»

«Səhvlər çoxdur» 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində evdə Almaniya yığmasına böyük hesabla uduzan (0:7) millimizin baş məşqçisi Samir Ələkbərov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ələkbərov öncə oyunla bağlı fikirlərini bildirib:


- Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdur. Bu səhvlər üzərində çalışacağıq.

 

- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmir ki, komandada motivasiya çatmırdı?

- Məncə, istək var idi. Komanda oyuna hazırlaşmışdı. İlk oyunda 1:6 uduzmuşduq. İlk dəqiqədə qol buraxmağımız oyunumuza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.

 

- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi olanda bu millinin potensialına bələd idiz. Düşünmürsüz ki, baş məşqçi keçməyiniz səhv addım idi. Peşman deyilsiz ki?

- Kimsə bu yükün altında girməli idi. Təəssüflənmirəm.

 

- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, millimizin üzvləri Almaniya ilə matçda üçdən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...

- Uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.

 

- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...

- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.

 

- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısız?

- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o mənə, mən də ona uğurlar arzuladıq.

 

- Kosovo ilə oyunda ciddi dəyişikliklər gözlənilir?

- Gözlənilməsə belə, artıq olmalıdır. Paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosovo ilə matçda çox güman dəyişikliklər olacaq.

 

- Renat dəqiq zədələnib, bəlkə özü oynamaq istəmir?

- Bəli, əzələsini dartıb. (Komanda.az)

 





09.11.2017    çap et  çap et