Əslində ideoloji mimikriya (rəng dəyişikliyi, maskalanma), yaxud islami terminologiya ilə ifadə etsək, təkiyyəçilik AKP qurulduqdan bəri dəfələrlə müşahidə olunan haldır.
AKP-ni yaradanda demişdilər ki, «milli görüş köynəyini çıxardıq». Hakimiyyətə gəldikdən sonra liberal oldular, sonra soldan da faydalı ideyaları götürməkdə problem görmədiklərini söylədilər. (Burada qeyd edim ki, Ərdoğanın ilk dönəmlərində aparılan siyasəti ümumən doğru sayıram).
PKK və HDP ilə dialoq zamanı birdən fərq etdilər ki, səs itirirlər, dərhal bundan imtina edib 180 dərəcəlik dönüşlə millətçi xətt seçməyə qərar verdilər. İndi görürlər ki, bu da kifayət etmir, ona görə Atatürkü CHP-nin əlindən almağa niyyətləniblər.
Kömək edəcəkmi? Mümkündür. Ərdoğan olduqca mütəhərrik siyasət yeridən taktika ustasıdır. Türk xalqı isə zəki olsa da, unutqandır.