Vaxt.Az

Corab diplomatiyası


 

Ukraynalı rəsmidən Kanada baş nazirinin qeyri-adi kolleksiyasına rəngbərəng hədiyyə

Corab diplomatiyası Kanadanın Baş naziri Castin Trudeu (Justin Trudeau) özünəməxsus geyim üslubu və rəngbərənk corabları ilə məşhurlaşıb. Ukraynanın ticarət nümayəndəsi Nataliya Mikolskanın Trudeu ilə görüş zamanı onun kolleksiyasına hədiyyə etmək imkanı qazanıb.«Ukrinform» xəbər portalı yayım platforması həmin corabları «qeyri-adi hədiyyə» kimi səciyyələndirib.

Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Ukraynanın Baş naziri Volodımır Qroysmanın adından Trudeuya hədiyyə edilmək üçün seçilmiş həmin corabların fotosunu tvitləyərək, bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə olacağını yarızarafat qeyd edib.

Ukraynanın «Hromadske.ua» xəbər saytının «Facebook» səhifəsində Trudeunun corabları və ona hədiyyə edilən corab dəsti barədə müxtəlif şərhlər olub.

Belə ki, Katerina Krotkova, qeyd edib ki, Kanada baş nazirinə hədiyyə edilmiş corabdan onda da var və demək, bundan sonra onun «Castinlə eyni corabı olacaq».

İlk dəfə deyil ki, Trudeunun corabları diqqət mərkəzinə keçir.

İyul ayında Almaniyada Hamburq şəhərində G20 sammitində iştirak etmiş Trudeu «İnstagram» səhifəsində fotosunu paylaşarkən rəngli corabları diqqət cəlb edib.

Bəzən Trudeu ilə görüşən siyasətçilər də eyni gediş edərək «corab-corab» oyununa qoşulur. İrlandiyanın baş naziri Leo Varadkar iyul ayında Dublin şəhərində kanadalı həmkarı ilə görüşərkən «corab diplomatiyası»ndan istifadə edib.

Cümə günü ABŞ-Kanada münasibətlərinə həsr olunmuş tədbirdə «Google» şirkətinin keçmiş müdiri, hazırda isə «Google»un təsisçisi olan «Alphabet» şirkətinin icraçı sədri Erik Şmit (Eric Schmidt), Trudeunun corablarının «qeyri-adiliyə görə» həmişə diqqət mərkəzində olduğunu qeyd edib.

«Hamı mənim corablarımı digərlərinki ilə müqayisə edir, Trudeu toplaşanlara deyir, - Digərlərinin corabı daha böyük maraq doğuranda, bu, məni heç pərt etmir, çünki onlar mənim corab oyunumu oynamış olur».

Mayın 4-də keçirilmiş və Ulduz Müharibələri mövzusuna həsr olunmuş tədbirə Trudeunun geydiyi corablar da tədbirin ruhuna tam uyğun olub.

Ulduz Müharibələri mövzusunun daha bir personajı - «Chewbacca» - mövzusunda corablar isə bu dəfə Nyu-Yorkda keçirilən biznes forumunda izləyicilərin diqqətini özünə çəkib.

 





12.11.2017    çap et  çap et