APA-nın «Polşa radiosu»na istinadən verdiyi məlumata görə, D. Tusk bununla bağlı Aİ ölkələrinin liderlərinə məktub ünvanlayıb.
Hələ Aİ liderlərinin hamısı bu məktubu almadığı üçün məktub dərc edilməyib. Məktubun məzmunu belədir ki, Aİ ölkələri sürətlə Avropa Komissiyasının bir neçə gün əvvəl qaz təlimatına dəyişikliklə bağlı təklif etdiyi layihə diqqət yetirsinlər. Yeni qayda dənizin dibindən keçməklə çəkilən kəmərlər də daxil olmaqla, qaz ixracı üçün nəzərdə tutulan bütün kəmərləri əhatə edir.
Qeyd edək ki, «Şimal Axını-2» Rusiya qazının Baltik dənizindən çəkiləcək kəmər və Almaniya üzərindən Avropaya ixracını nəzərdə tutur. Bu layihə gerçəkləşəcəyi halda Ukrayna Rusiya qazının Avropaya ixracında əsas tranzit ölkə statusunu itirəcək.