Vaxt.Az

Rusiyada alver ölür


 

Müflis olanların sayı kəskin artır

Rusiyada alver ölür Rusiyada müflis olma halları rekord səviyyəyə yaxınlaşıb. 2015-ci ilin böhran göstəricilərini üstələyib. Yalnız 2009-cu ilin tarixi maksimumundan azca geri qalır.

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi bildirir ki, bu ilin üçüncü rübündəki müflis olma halları ikinci rüblə müqayisədə 3 faiz artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə isə 12,4 faiz artma müşahidə edilir.

İqtisadçılar hesab edirlər ki, bunun əsas səbəbi odur ki, müştərilərin tələbatı zəifləyib. Ölkə əhalisinin gəlir səviyyəsi 12 rüb dalbadal azalmaqdadır. Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin əvvəlindən ölkə əhalisinin gəlirləri 1,2 faiz azalıb.

 





13.11.2017    çap et  çap et