Tədqiqatlarda, xərçəng xəstələrində tapılan mikrobiom, yəni bədəndəki mikroskopik hüceyrələr müşahidə edilib.
«Science» jurnalında dərc edilmiş iki araşdırmada, müəyyən bakteriya növləri və ümumilikdə mikrobiomun müxtəlifliyinin immun sistemini hərəkətə gətirən müalicələrdə istifadə edilən immunoterapiya dərmanları üzərindəki təsirləri nəzərdən keçirilib.
Bədənimizdə trilyonlarla mikroorqanizm yaşayır, bizimlə onlar arasında əlaqə yoluxucu xəstəliklərlə məhdudlaşmır.
Mikrobiomlar həzmdə, infeksiyalardan qorunmada və immun sisteminin tənzimlənməsində rol oynayır.
Hər iki araşdırmada şişlərlə mübarizədə özünü müdafiə etmə mexanizmini gücləndirən immun terapiyası keçən xəstələr iştirak edib.
İmmun terapiyası hər xəstəyə müsbət təsir göstərmir, ancaq bəzi hallarda ölümcül həddə çatan şişləri belə təmizlə bilər.
Müsbət və mənfi bakteriya qarışığı
Parisdəki Gustave Russy Xərçəng İnstitutunda keçirilən bir araşdırmada böyrək və ağ ciyər xərçəngi diaqnozu qoyulan 249 xəstə müşahidədən keçirilib.
Araşdırmanın nəticələrinə görə, dişlərindəki iltihaba görə antibiotik qəbul edən xəstələrin mikrobiomlarına ziyan vurduqları və immun terapiyası vaxtı şişlərin böyümə ehtimalının daha böyük olduğu məlum olub.
Xüsusilə, Akkermansia muciniphila adlı bu bakteriya növü müalicəyə müsbət reaksiya verən xəstələrin yüzdə 69-da vardır.
Həmin bakteriya reaksiya verməyən xəstələrin yalnız üçdə birində aşkar olunub.
Siçanlar üzərində aparılan sınaqlarda müəyyən olunub ki, A. muciniphila səviyyəsi yüksələndə, immun terapiyasına daha müsbət reaksiya artır.
Bu arada Texas Universitetinin Xərçəng Mərkəzində bədxassəli şişlərə sahib 112 xəstənin mikrobiomları araşdırılıb.
Həcmi çox və fəqrli mikrobiomları olanların müalicəyə daha yaxşı reaksiya verdiyi məlum olub.
Faydalı bakteriyalara sahib insanların şişlərində daha çox xərçəng öldürən bakteriyalar aşkar olunub.
Daha sonra insan nəcisindəki maddə xərçəng şişləri olan siçanlara nəql edilib.
«Müsbət» bakteriya qarışığına sahib xəstələrin nəcisinin köçürüldüyü siçanlardakı şişlər «mənfi» bakteriya köçürülən siçanlarla nisbətən daha yavaş böyüyüb.