Vaxt.Az

Moskvada insident


 

Kreml rəsmilərini prezidentlərin Soçi görüşünə aparmalı olan təyyarə aeroportda qaldı

Moskvada insident Rusiya Prezident Administrasiyasının nümayəndə heyətini prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara aparmalı olan «Tu-204» təyyarəsi Moskva şəhərindəki «Vnukovo» hava limanında sıradan çıxıb.

«Report» xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib.

Vəziyyəti şərh edən Rusiya Prezidenti Administrasiyası İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır.

«Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik», - o deyib.

«Rusiya» xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.

 





13.11.2017    çap et  çap et