Vaxt.Az

OPEK-dən optimist proqnoz


 

2018-ci ildə gündəlik neft tələbatında artım olacaq

OPEK-dən optimist proqnoz OPEC, 2018-ci ilə dair xam neft tələbatı proqnozunu artıraraq qlobal neft bazarının yenidən tarazlığa qovuşmasının sürətləndiyi siqnalını verib.

Qurumun aylıq hesabatına deyilir ki, 2018-ci il neft tələbatı proqnozu, gündəlik 400 min barel artırılaraq 33.4 milyon barrelə qaldırılıb.

«Qrupun 2018-də neft tələbatının ödənilməsi üçün istehsal edilməsi lazım olan miqdara dair proqnozu, gündəlik 33.4 milyon barreldir».

Bu miqdar, OPEC-in bu ilin üçüncü rübündəki hasilatından 670 min barel çoxdur.

OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatı məhdudlaşdırmaqda davam etdirməsi vəziyyətində qlobal ehtiyatlar 2018-ci ildə daha da zəifləyəcək.

OPEC-in Baş Katibi Məhəmməd Barkindo, hasilatın azaldılmasının bazarın yenidən tarazlığa qovuşması üçün yeganə tətbiq olunan variant olduğunu bildirib.

 





13.11.2017    çap et  çap et