Energetika Nazirliyinin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Bu gün, noyabrın 13-ü səfir energetika naziri Pərviz Şahbazovla görüşüb.
Nazir P.Şahbazov görüşdə bildirib ki, iki ölkə arasındakı diplomatik münasibətlər enerji sahəsində əməkdaşlıq əlaqələrinə böyük töhfə verir. P.Şahbazov Azərbaycanın karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu qeyd edib: «ABŞ vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında göstərdiyi güclü dəstəyi bu gün «Cənub Qaz Dəhlizi», eləcə də onun mühüm bir seqmenti olan Trans-Adriatik qaz kəməri layihəsində (TAP) davam etdirir. Avropada enerji təchizatının diversifikasiyasını təmin edəcək «Cənub Qaz Dəhlizi» layihəsi üzrə işlər hazırda uğurla həyata keçirilir».
«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
R.Sekuta da Azərbaycanın ABŞ-ın diqqətində olduğunu vurğulayıb. «Cənub Qaz Dəhlizi»nin strateji əhəmiyyətindən bəhs edən səfir layihənin Balkan regionunun qaz təminatında da geniş imkanlar yaradacağını qeyd edib.
Görüşdə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin növbəti Vyana görüşü, neft bazarının inkişaf tendensiyaları kimi məsələlərin də müzakirə edildiyi bildirilir.