Vaxt.Az

Baş məşqçini bıçaqladılar


 

«Simurq»dan bir müddət əvvəl ayrılan futbol adamına dörd bıçaq vurulub

Baş məşqçini bıçaqladılar «Simurq»un seleksioner məşqçisi Mehman Hacıyev bu gün Gəncədə bıçaqlanıb. 1974-cü il təvəllüdlü mütəxəssisə 4 bıçaq zərbəsi vurulub. Hazırda o, reanimasiyadadı. Hacıyevin bıçaqlanma səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Hacıyev əslən Gəncəlidi. O, xeyli müddət idi Zaqatala klubunda çalışsa da, bu ayın əvvəlində «Simurq»la yollarını ayırmışdı.

Xatırladaq ki, Mehman Hacıyev 2013-cü ildə UEFA-nın «C» kateqoriyasını almış məşqçidi. O, futbolçu karyerası ərzində «Kəpəz» (1992-2000), «Qarabağ» (2000-2002) kimi klublarda top qovub. 1994-95 və 1998-99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.

Məşqçi karyerası ərzində isə «Kəpəz»də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb.

 





28.01.2014    çap et  çap et