Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb. «Report» xəbər verir ki, sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.
Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9 faiz artım gözlədikləri halda, göstərici 1,8 faiz təşkil edib və II rübdə qeydə alınan 2,5 faiz artımdan xeyli aşağı olub.
Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir.
«Report»un analitik qrupu RUB/USD məzənnəsinin ayın sonuna qədər 63 səviyyəsinə yüksələcəyini istisna etmir.
çap et