Vaxt.Az
Fil sürüsü qatarla toqquşub
Hər il onlarla heyvanın qəzalar nəticəsində ölməsinə səbəb nədir?
Hindistanın şərqində, Orissa ştatında dəmiryol xəttini keçən 5 fili qatar vuraraq, öldürüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qatar da zədələnib. Yolu təmizləmək üçün bir neçə saat sərf edilib.Yerli meşə təsərrüfatının məsulları bildirib ki, həmin ərazidən fillərin miqrasiyası ilə bağlı dəmiryolçulara xəbərdarlıq ediblər.
Mənbənin məlumatına əsasən, qatarlara sürət məhdudiyyəti tətbiq edilməsinə və başqa bu sayaq tədbirlərin görülməsinə baxmayaraq, hər il onlarla fil belə qəzalar nəticəsində ölür.
31.12.2012 çap et