Vaxt.Az

«Əhalini «qara günlər» gözləyir»


 

Erməni nazirdən etiraf

«Əhalini «qara günlər» gözləyir» Ermənistanın maliyyə naziri Vardan Aramyan parlamentdə 2018-ci il üzrə büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, infrastrukturun inkişafı Ermənistanda yoxsulluğun səviyyəsinin artmasına gətirib çıxaracaq.

Erməni nazir ölkədə yoxsulluq səviyyəsinin ən yüksək göstəricisi ilə seçilən Şirak bölgəsini nümunə göstərib: «Bu gün Gümrü şəhərində «Rustaveli» layihəsi reallaşdırılır. Lakin bu layihənin bitməsi üçün əlavə investisiyalar lazımdır».

Nazir, həmçinin qeyd edib ki, hər il dövlət büdcəsindən səhiyyə sahəsinə təxminən 80 milyard dram ayrılsa da, nəticələr sakinləri qane etmir.

Daha sonra çıxış edən «Çıxış» blokunun sədri, deputat Nikol Paşinyan bildirib ki, növbəti ildə səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram azaldılacaq: «Növbəti ilin dövlət büdcəsində pensiya və minimum əmək haqqı da artırılmayacaq. Hesab edirəm ki, gələn il Ermənistan əhalisinin yaşayış şəraiti bu illə müqayisədə 10 faizdən çox pisləşəcək».

Deputat əlavə edib ki, Ermənistanın xarici borcları artıb: «Faktiki bu da qiymətlərin bahalaşmasına gətirib çıxarıb».

 





15.11.2017    çap et  çap et