Vaxt.Az

Ölkəyə ordu nəzarət edir


 

Zimbabve prezidenti Muqabe «ev dustaqlığına alınıb», paytaxt Hararedə hərbçilər keşik çəkir

Ölkəyə ordu nəzarət edir Zimbabve hərbiyyəsi prezident Robert Muqabeni (Robert Mugabe) paytaxt Hararedə «ev dustağlığına alıb», Cənubi Afrika prezidenti Cakob Zuma (Jacob Zuma) deyib. Robert Muqabe telefon danışığı zamanı Jacob Zuma-ya deyib ki, o, qaydasındadır, Cənubi Afrika lideri bildirib.

Paytaxt Hararedə qoşunlar küçələrdə keşik çəkir.

Bundan əvvəl ordu dövlət televiziyasını nəzarətinə alıb.

BBC müxbirlərinin bildirdiyinə görə, ordunun atdığı addımlar Muqabenin, onun vəzifədən kənarlaşdırdığı müavini Emmerson Mnanqaqva (Emmerson Mnangagwa) ilə əvəz olunmasına hazırlıq mərhələsi ola bilər.

Keçən həftə Emmerson Mnanqaqva vəzifəsindən kənarlaşdırılmışdı.

Bundan sonra Muqabenin varisi roluna onun arvadı Qreysin (Grace) iddia edəcəyi ehtimal olunurdu.

Paytaxt Hararenin şimalında çərşənbə günü səhər saatlarında ağır artilleriya atəş səsləri eşidilib.

Zimbabvedə ZBC dövlət televiziya binasını tutmuş hərbçilər prezident Robert Muqabenin ailəsilə birlikdə saxlandığını bildiriblər. Hərbçilər baş verənlərin çevriliş olmadığını qeyd etməklə yanaşı Muqabe və onun ailəsinə heç bir təhlükənin olmadığını bildirirlər.

Hakim «Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər cəbhə» partiyasında bildiriblər ki, bu addım «ölkənin sağlamlığı naminə» atılıb.

«Bu gün yeni era başlayır», - partiyanın bəyanatında deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, Muqabe istefa verməyə hazırlaşır, onun varisi isə, əvvəl bəyan edildiyi kimi, onun arvadı yox, vitse-prezident Emmerson Mnanqaqva olacaq.

«Yoldaş Mnanqaqva Zimbabveni daha yaxşı məkana çevirəcək», - hakim partiyanın bəyanatında deyilib.

ZBC dövlət televiziya şirkəti binasını hərbçilər çərşənbə gününə keçən gecə tutub.

«Prezident və onun ailəsi sağ-salamatdır, onların təhlükəsizliyi təmin olunub», - hərbi geyimli şəxs telekanalın efirində bildirib.

«Reuters» agentliyi həmin şəxsi general-mayor Moyo kimi tanıyıb.

Generalın təbirincə, hərbçilər Muqabenin ətrafında olan cinayətkarlara qarşı çıxış edib.

Harare şəhərində partlayış və top atəşi səsləri eşidilib.

Harare şəhərində yerləşən Britaniya və ABŞ səfirlikləri vətəndaşlarına ictimai yerlərə çıxmamağı məsləhət görüb.

Nə 93 yaşlı Muqabe, nə onun nümayəndələri, hələlik heç bir bəyanat verməyiblər.

 





15.11.2017    çap et  çap et