Vaxt.Az

«Müzakirə olunacaq məsələlər masa üzərindədir»


 

Elmar Məmmədyarov: «Hətta tələb edirik ki, konkret nəticələr olsun»

«Müzakirə olunacaq məsələlər masa üzərindədir» Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə nazir Məmmədyarov noyabrın 15-də Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavabda bildirib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.

«Müzakirə olunacaq məsələlər masa üzərindədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək», nazir Moskvada keçirəcəyi görüşlərlə bağlı sualının cavabında deyib.

Məmmədyarov danışıqların hansı prinsiplərlə aparılması barədə Amerikanın Səsinin sualının cavabında deyib: «Yenilənmiş Madrid prinsipləri masanın üzərindədir».

 





15.11.2017    çap et  çap et