O noyabrın 15-də bəyan edib ki, Qırğızıstan «Qazaxıstan rəhbərliyinin şıltaqlıqlarına görə Avrasia İqtisadi İttifaqı ilə əlaqəsini itirib.Qırğızıstan Avrasiya İttifaqına 2015-ci ilin avqustunda qoşulub. Rusiyanın başçılıq etdiyi bu blokda Belarus, Qazaxıstan və Ermənistan birləşiblər.
Bişkək habelə Qazaxıstanı iki ölkə arasındakı sərhəddə yaranmış insan və maşın növbələrinə görə ittiham edir. Sərhəd keçid məntəqəsindəki ləngimələr Qazaxıstan tərəfi oktybarın 10-dan yoxlamaları sərtləşdirəndən sonra başlanıb.
Qazaxıstanın sərhəddən keçidi çətinləşdirməsindən az əvvəl, oktyabrın 7-də Atambayev Qazaxıstan hakimiyyətini Qırğızıstandakı prezident seçkisi kampaniyasına müdaxilədə ittiham etmişdi.
Qırğızıstan-Qazaxıstan sərhədində uzun növbələr yaranıb
Nursultan Nazarbayev seçki kampaniyasından az əvvəl Qırğızıstan prezidentliyinə namizədlərdən biri – Omurbek Babanovu qəbul etdikdən sonra Atambayev onu ölkənin daxili işlərinə qarışmaqda günhalandırmışdı. Atambayev bu seçkidə başqa bir namizədi - Sooronbay Jeyenbekovu dəstəkləyirdi və son nəticədə seçkidə məhz o qalib gəlib.
77 yaşlı Nazarbayev Babanovla sentyabr ayında görüşmüşdü.Qazaxıstan rəsmiləri sərhəddəki yoxlama prosedurlarının sərtləşdirilməsinin heç bir siyasi motivi olmadığını bildirirlər. Lakin noybarın 15-də verdiyi bəyanatda Atambayev sərhəddə yaranmış vəziyyətu «blokada» adlandırıb.
O bu hadisəni 2014-cü ildə Özbəkistanla sərhəddə yaranmış situasiya ilə müqayisə edib . O vaxt Özbəkistanın mərhum prezidenti İslam Karimov Qırğızıstana qaz verilməsini dayandırmışdı.
Atambayev deyib: «2014-cü ildə başqa bir qonşu respublikadakı buna bənzər qoca diktator cənub rayonlarımızın qazını kəsmişdi. Mənim yaxşı yadımdadır ki, o vaxt bizim siyasi qılverənlərimiz, millət vəkillərimiz «Atambayev getməlidir» deyə necə çığır-bağır salmış, qoca diktatora boyun əymişdilər».
Omurbek Babanov seçkidən sonra ölkədən qaçıb
Qırğızıstan prezidenti daha sonra deyib: «Bəzi adamlar deyirlər ki, Atambayev varlı qonşunun qarşısında diz çöküb üzr istəməlidir…Amma üzrü Atambayev yox, bizim işlərimizə inadla qarışanlar, suveren Qırğızıstanın prezidenti kürsüsündə öz qolbeçəsini oturtmağa çalışanlar istəməlidirlər…Onların qolbeçəsi oturacaq…Amma prezident kürsüsündə yox, həbsxana kamerasında…»
Atambayev «qolbeçənin» adını çəkməsə də, onun seçkidə ikinci olmuş Babanovu nəzərdə tutduğu başa düşülür.Babanov seçkidən bir neçə gün sonra onun barəsində etnik nifrəti qızışdırmaq ittihamı ilə təhqiqata başlananda ölkəni tərk edib. Atambayev seçki ərəfəsində Babanovu «xarici ölkənin qolbeçəsi» adlandırmışdı.
Bu seçkidə Atambayevin dəstəklədiyi Jeyenbekov qalib gəlib və o prezident səlahiyyətlərinin icrasına noyabrın 24-də başlayacaq.Atambayev Konstitusiyaya görə yalnız bir müddətə prezident ola bilərdi.