Vaxt.Az

Sumqayıtda avtobuslar daşa basıldı


 

Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi

Sumqayıtda avtobuslar daşa basıldı Bir sıra KİV-lər məlumat yayıblar ki, naməlum şəxs Sumqayıtda avtobusu atəşə tutub. Guya hadisə 17-ci mikrorayonun ərazisində baş verib.

Virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

E.Sultanovun sözlərinə əsasən, axşam saatlarında naməlum şəxslər iki sərnişin avtobusunu daşa basıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtobuslara maddi zərər dəyib – onların şüşələri sındırılıb.

Bu xəbəri Daxili İşlər Nazirliyində də təsdiqləyiblər.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.

 





15.11.2017    çap et  çap et