Məlumatda Belaid Ticaninin paytaxt klubu ilə bir mövsüm üçün 240 min avroya razılaşdığı bildirilir. Bundan başqa fransız mətbuatı yarımmüdafiəçinin bu keçidini gülməli adlandırıb.
Belə ki, «Paris» (Fransa), «İnter» (İtaliya), «Praqa» (Çexiya), PSV (Hollandiya), «Nürnberq» (Almaniya), «Hall Siti» (İngiltərə), APOEL (KİPR), «Union Berlin» (Almaniya), «Moreyrense» (Portuqaliya) və «Lokomotiv» (Plovdiv, Bolqarıstan) klublarının şərəfini qorumuş 26 yaşlı futbolçunun 240 min avro müqabilində transfer edilməsi Fransa mətbuatında böyük marağa səbəb olub.