O qeyd edib ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin apardığı iş münaqişənin, xüsusilə təmas xəttində kəskinləşməsinin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.
«Təşkilatın işi prosesin nəzarətdə saxlanılmasından ibarətdir, münaqişənin həlli deyil. Tənzimlənmənin məsuliyyəti tərəflərin üzərinə düşür», - baş katib qeyd edib.
Bütün uzun müddət davam edən münaqişələr mövzusuna toxunan Qreminger deyib ki, ATƏT vasitəçi rolunu oynayır, lakin son nəticədə münaqişənin tənzimlənməsi tərəflərin siyasi iradəsindən asılıdır. Buna görə də, ATƏT kimi təşkilatlardan münaqişələrin həlli kimi məsələlərdə gözləntilər daha realistik olmalıdır.