İlkin məlumata əsasən Bakı vaxtı ilə saat 23:48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə Rixter şkalası üzrə 6 bal, yaxın yaşayış məntəqələrində 5-3 bal gücündə hiss edilib.25 km dərinlikdə baş verən yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.
Zəlzələnin nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.
çap et