Vaxt.Az

Erməni səfirin riyazi səhvi


 

Və ya «elçisi gülüm olanın...»

Erməni səfirin riyazi səhvi Ermənistanın Misirdəki səfiri Armen Melkonyan yanvarın 28-də son həftə baş verən atəşkəslə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsindəki gərginlik pik həddə çatıb. Vaxt.az xarici mediaya istinadən xəbər verir ki, A.Melkonyan qeydində bildirib ki, Azərbaycan ordusu ötən həftə atəşkəsi 1500 dəfədən çox pozub və erməni mövqelərinə 1400 güllə atıb. Hətta oğru kimi bağıran diplomat xəcalət hissindən kənara çəkilərək dilə gətirib ki, guya erməni əsgərləri atəşkəsi qorumağa çalışıb və zəruri hallarda cavab atəşi açıblar.

Burda çox gülməli bir məqam yaranır. Lap tutaq ki, erməni elçinin dedikləri düzdür. Əgər hər atəşkəs pozuntusunu atılan 1 güllə ilə hesablasaq, bu edir 1400 say. Bəs qalan 100-dən çox pozuntu hansı yolla törədilib. Görəsən bir ərəb jurnalist tapılıbmı ki, diplomata bu sualı versin?

Oxucuların nəzərinə onu da çatdıraq ki, erməni mənbələrində Armen Melkonyan tarix elmləri doktoru kimi təqdim olunur. 1990-cı ilə qədər İrəvan Dövlət Universitetində mühazirələr deyib. O, Ermənistanın Prezident Aparatında məsul vəzifələrdən tutmuş, ölkə başçısının köməkçisi vəzifələrinə qədər çalışıb. Efiopiyada və Liviyada da səfir işləyib.

Çox ibrətamiz bir nəticəyə gəlirik. Ayıblarına kor olmayan ermənilərin savadlı diplomatları, elmlər doktorları bu cürdürsə, biz yerdə qalan kütlədən nə gözləyək? Azərbaycanda bir məsəl var ki, buna əla cavab kimi səslənir: «Elçisi Gülüm olanın, başına külüm olar».

 





29.01.2014    çap et  çap et