Vaxt.Az

«Bizim narahat olduğumuz məsələ ...»


 

ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlməyən nüvə hücumu ...

«Bizim narahat olduğumuz məsələ ...» «Bizim narahat olduğumuz məsələ prezidentin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlməyən nüvə hücumu qərarı verə biləcək qədər gözlənilməz olmasıdır», - deyə, Senatın xarici əlaqələr komitəsinin üzvü Kris Mörfi bildirib.

ABŞ-ın keçmiş zabiti Amerika nüvə silahının necə istifadə olunması haqqında məlumat verib.

Bu sistem Amerikaya nüvə hücumu baş verdiyi təqdirdə prezidentin nüvə başlığı göndərməsinin icrasını tez bir şəkildə təmin edir.

«Hərbi qulluqçunu inandırmaq üçün telefonun digər ucunda sadəcə prezident olmayacaq. Bu mövzuda məlumatları olan xeyli sayda məsləhətçi də olacaq», - bu sözləri Duke Universitetinin təmsilçisi Peter Piver bildirib.

Bu qədər təhlükəsizliyə baxmayaraq Demokratlar prezidentin nüvə silahından istifadə etməzdən əvvəl Konqresdən müharibə elan etməsinin lazım olduğunu nəzərdə tutan qanun layihəsini hazırlayıblar. Respublikaçılar isə bununla Amerikanın çəkindirici mövqeyi ilə bağlı ölkələr arasında şübhə yarana biləcəyinin xəbərdarlığını edib.

«Dəyişikliklər və qarışıq siqnallar çəkindirici mövqeyə əsaslı əsaslı zərbə vura bilər», - deyə, Robert Kehler əlavə edib.

Sonuncu dəfə keçmiş Sovet İttifaqı ilə olan Soyuq Müharibə dövründə baş tutan prezidentin nüvə məsuliyyətinin müayinəsindən 40 ildən artıq vaxt keçib.

 





16.11.2017    çap et  çap et